İQTİSADİYYAT
“Expressbank”ın müştəriləri on min manatdan çox pul qazanıblar
Bakı, 16 oktyabr, AZƏRTAC
“Expressbank”ın müştəriləri 10.000 AZN-dən çox pul qazanıblar.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Xərclərinizi gəlirə çevirin” devizi ilə təqdim olunan “ExpressClub” layihəsi çərçivəsində “Expressbank”ın bütün kart sahibləri ölkə daxilində POS-terminallar vasitəsilə alış-veriş edərkən xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cash back). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirə bilirlər. Belə ki, 6 ayın nəticələrinə görə, layihə çərçivəsində bankın plastik kart sahibləri 10.000 AZN–dən artıq cash back alıblar.
“Expressbank”ın istənilən plastik kart sahibi olmaq üçün şəxsiyyət vəsiqəsi ilə istənilən filiala yaxınlaşmaq və ya www.expressbank.az saytı vasitəsilə onlayn sifariş etmək yetərlidir.
Ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.