İQTİSADİYYAT


“ExxonMobil” üçün Azərbaycanla enerji sahəsində əməkdaşlıq mühüm rol oynayır

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

“ExxonMobil” üçün Azərbaycanla enerji sahəsində əməkdaşlıq mühüm rol oynayır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə energetika naziri Natiq Əliyevin “ExxonMobil” şirkətinin Azərbaycan üzrə baş meneceri Elister Maklidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb.

Azərbaycanla enerji sahəsində əməkdaşlıq əlaqələrinin “ExxonMobil” üçün mühüm rol oynadığını vurğulayan E.Maklid fəaliyyət müddətinin başa çatması barədə məlumat verərək, yeni baş menecer vəzifəsinə təyin olunmuş Jan Age Hanseni təqdim edib.

Görüşdə “ExxonMobil”in Azərbaycan layihələrinə yeni menecerin rəhbərlik etdiyi dövrdə də əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda fəaliyyət göstərən ilk beynəlxalq neft və qaz şirkətlərindən biri kimi “ExxonMobil”in keçdiyi tarixi yola nəzər salınıb. “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində 8 faiz paya malik şirkətin enerji əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub.

“ExxonMobil” şirkətini etibarlı tərəfdaş kimi dəyərləndirən Natiq Əliyev bildirib ki, şirkət təkcə enerji layihələri ilə deyil, həm də iştirak etdiyi müxtəlif sosial proqramlarla mühüm nailiyyətlərə imza atıb. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə tam əməl olunduğunu qeyd edən energetika naziri bundan sonrakı dövr ərzində də “ExxonMobil”in təcrübəsi və imkanlarından bəhrələnməyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Həmçinin əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə mümkün perspektivlər müzakirə edilərək, yeni menecerə fəaliyyətində Azərbaycan tərəfindən dəstək ifadə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.