DÜNYA
Eynşteynin fizika və Allah haqqında məktubları hərracda 210 min dollara satılıb
Bakı, 21 iyun, AZƏRTAC
Görkəmli alim Albert Eynşteynin fizika və Allah haqqında fikirlərinin əks olunduğu məktubları hərracda 210 min dollara satılıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, satış məbləği hərrac təşkilatçılarının gözlədiklərindən qat-qat üstün olub.
Böyük alimin imzası olan, onun öz əli ilə düzəliş və əlavələr etdiyi makinada çap edilmiş altı orijinal məktub 1950-ci illərin əvvəllərində yazılıb. Həmin məktubları Eynşteyn həmkarları Devid Bom və Maks Borna ünvanlayıb.
Yerusəlimin Winners hərrac evi məktublardan 33-49 min dollar arasında gəlir götürməyi hesablamışdı. Lakin Eynşteynin yalnız Boma yazdığı məktub üçün adı çəkilməyən alıcı 84 min dollar ödəyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]