İDMAN


“F91 Düdelanj”-“Qarabağ” oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək

Bakı, 19 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “F91 Düdelanj” komandası ilə keçirəcəyi cavab qarşılaşmasının hakimləri məlum olub.

AZƏRTAC xəbər verir ki, Lüksemburqun “Jos Nosbaum” stadionunda üz-üzə gələcək rəqiblərin cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq. Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun dördüncü hakimi Robertson Donald olacaq.

Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.

Qeyd edək ki, “F91 Düdelanj”-“Qarabağ” matçı iyulun 20-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.