DÜNYA


FED-in qərarı Çin yuanını zəiflədib

Pekin, 15 dekabr, AZƏRTAC

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin 0,25 faiz artırılması barədə qərarı Çinin milli valyutası yuanın zəifləməsinə səbəb olub.

Çin xarici valyuta mübadilə ticarəti sisteminə əsasən Çin valyutasının məzənnəsi 1 dollar=6.9289 yuan səviyyəsində müəyyən olunub. Bu, ötən ilin yayında Çində xarici valyuta mübadiləsi mexanizminin dəyişilməsi ilə milli valyutanın ABŞ dollarına nisbətdə zəifləməyə başlamasından bəri yuanın ən aşağı məzənnəsidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.