CƏMİYYƏT
FHN Yasamal rayonunda çoxmərtəbəli binada yanğının söndürülməsi barədə məlumat yayıb
Bakı, 28 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi martın 28-də paytaxtın Yasamal rayonunda çoxmərtəbəli binada baş verən yanğının söndürülməsi barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda qeyd olunur: “Martın 28-də axşam saatlarında Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 81 kvadratmetr olan üçotaqlı mənzildə baş verən yanğın nəticəsində mənzilin iki otağı, dəhlizi 50 kvadratmetr, dam örtüyü 80 kvadratmetr sahədə yanıb. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.