CƏMİYYƏT


FHN: Yasamalda yanğın baş verən binadan 30 nəfər təxliyə olunub VİDEO

Bakı, 24 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 24-də Yasamal rayonunda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 kvadratmetr olan çardağı və vətəndaşa məxsus sahəsi 36 kvadratmetr olan bir otaq yanıb. Yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.