CƏMİYYƏT


Kəskin hava şəraiti ilə bağlı Fövqəladə Hallar Nazirliyində operativ müşavirə keçirilib VİDEO

Bakı, 17 fevral, AZƏRTAC

Son günlər paytaxt Bakıda və ölkənin rayonlarında havaların kəskin soyuması, güclü qar yağması nəticəsində yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) operativ müşavirə keçirilib. Müşavirədə nazir müavinləri və nazirliyin aidiyyəti strukturların rəhbərləri iştirak edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə havaların kəskin pisləşməsi, temperaturun aşağı düşməsi, yolların buz bağlaması ilə bağlı meydana çıxa bilən problemlərin aidiyyəti üzrə aradan qaldırılması istiqamətində tədbirlər müzakirə olunub, strukturların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha tövsiyə edir ki, qarlı-şaxtalı hava şəraitində rastlaşdıqları hər hansı fövqəladə hadisə zamanı çıxılmaz vəziyyətə düşərlərsə, ilk növbədə, nazirliyin “112” qaynar xəttinə müraciət etsinlər. Havaların soyuq keçməsi ilə əlaqədar təbii qaza olan tələbatın daha da artması fonunda təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Həmçinin mümkün fövqəladə hallarla bağlı davranış qaydaları barədə daha ətraflı məlumatı nazirliyin fhn.gov.az internet saytından almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.