İDMAN


FHN-in əməkdaşı çempionatın qalibi olub

Bakı, 5 iyul, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Kompleksində 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionata 36 komandanın heyətində 400 idmançı qatılıb.

Yarışda nazirliyin İdman-sağlamlıq klubunu Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Cəlil Şükürov 100 kiloqramdan yuxarı çəki dərəcəsində təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cəlil Şükürovun məşqçiləri Taleh Sadıqov və Rasim Babayev olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.