CƏMİYYƏT


FHN-in əməkdaşları “Xəzər-2016” beynəlxalq kompleks təlimdə iştirak ediblər

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 21-22-də Rusiya Federasiyasının Həştərxan vilayətində Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə “Xəzər-2016” beynəlxalq kompleks təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq kompleks təlimdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə nazirliyin “BE-200ÇS” tipli amfibiya təyyarəsi, “Vixr-9” yanğınsöndürən gəmisi və xilasedici dəstəsi texnogen qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatında uğurla iştirak edib.

Azərbaycan nümayəndə heyəti təlim çərçivəsində qərargahda yaradılmış videokonfransa və “Risklərin qlobal tendensiyaları və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransa da qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.