İDMAN


FHN-in əməkdaşları respublika çempionatında yüksək nəticələr əldə ediblər

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatında yüksək nəticələr əldə ediblər.

FHN-in idman-sağlamlıq klubundan AZƏRTAC-a bildiriblər ki, klubun rəisi, polkovnik Fizuli Musayev respublika çempionatında nəticə göstərmiş idmançılara təbriklərini çatdırıb, onlara qiymətli hədiyyələr təqdim edib.

Şabran rayonunun Qalaaltı meşə zolağında keçirilən yarışlarda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 18 komandanın heyətində 350 idmançı mübarizə aparıb.

Çempionatın yekununda K21 kateqoriyasında Müslüm İmranlı (“İrbis” İK) 6 km-11 CP məsafədə finiş xəttinə birinci çatıb. Alexander Misçenko (Ukrayna səfirliyi) və Maksim Boholdin (“İrbis” İK) müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar. FHN-in digər əməkdaşı Sevda Verdiyeva 4,8 km-10 CP üzrə Q21 kateqoriyasında qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Ekaterina Yakovleva (“Neftçi”-1) gümüş, Yana Maşkova (“Dağçılıq” idman klubu-2) isə bürünc medal qazanıb.

Komanda hesabında isə “Dağçılıq” idman klubu-1 bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. “Neftçi” və “Dağçılıq” idman klublarının ikinci komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.