CƏMİYYƏT


FHN itkin düşən neftçilərin vizual axtarışlarına 23 əməkdaşını cəlb edib

Bakı, 16 dekabr, Elvin Camalov, AZƏRTAC

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin vizual axtarışlarına Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsindən 23 nəfərlik şəxsi heyəti cəlb edilib.

Bu barədə AZƏRTAC-a “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Verilən məlumata görə, artıq vizual axtarışlara başlanılıb. İtkin düşənlərin axtarış trayektoriyası dəyişilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.