CƏMİYYƏT
FHN-nin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində intellektual oyun keçirilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Gəncə şəhərində Gənclər və İdman Baş İdarəsinin və Gəncə İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində intellektual oyun keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov tədbiri açaraq, bu cür oyunların hərbi hissələrdə bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.
FHN-nin Mülki Müdafiə qoşunlarının xilasetmə briqadasının komandiri Taleh Əlipaşayev bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd əsgərlərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Ümumilikdə intellektual oyuna 8 komanda qatılıb. Komandalardan 7-si əsgərlərdən, 1-i isə zabitlərdən ibarət olub. Qalib gələn komandalara diplom və qiymətli hədiyyələr təqdim edilib.