CƏMİYYƏT


FHN və Fransanın Bakıdakı səfirliyi birgə seminar keçirir

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətində “Meşə yanğınlarının idarə olunması” mövzusunda seminar işə başlayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, seminarın birinci günündə çıxış edən nazirliyin beynəlxalq əlaqələr idarəsinin rəis müavini Ziya Hacılı Fransa Daxili İşlər Nazirliyinin yanğından mühafizə üzrə mütəxəssislərinin təcrübələrini FHN-in əməkdaşları ilə bölüşəcəklərini deyib. Əldə olunmuş razılaşmaya əsasən, FHN və Fransa səfirliyinin təşkilatçılığı ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair müxtəlif sahələri əhatə edən mütəmadi tədbirlər təşkil edilir. Bu tədbirlərdə fransalı mütəxəssislər öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşürlər. Qeyd edilib ki, seminar zamanı fərqlənən əməkdaşlara Fransanın Azərbaycandakı səfirliyi tərəfindən sertifikatların təqdim olunması planlaşdırılır.

Səfirliyin daxili təhlükəsizlik attaşesi Brüno Balduk fransalı mütəxəssisləri təqdim edərək bildirib ki, seminarda ölkəsinin Daxili İşlər Nazirliyinin Xilasetmə və Yanğın İdarəsinin Vierzon Baş Xilasetmə mərkəzinin rəhbəri Sebastian Lakrua və 5 nömrəli mülki müdafiə bölməsinin əməliyyat şöbəsinin rəhbəri Stiv Uilomın ekspert qismində çıxış edəcəklər. O, bu sahə ilə bağlı təcrübə mübadiləsinin aparılmasının texnogen və təbii xarakterli qəzalarla mübarizədə çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və tədbir iştirakçılarına uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.