İDMAN


FİA Bakı trasının səkkizinci döngəsindəki porebriki dəyişib

Bakı, 24 iyun, AZƏRTAC 

Beynəlxalq Avtomobil Federasiyası (FİA) Bakı trasının səkkizinci dövrəsindəki plastik porebriki (“tin-tin hörgü”nün) qısaltmağı qərara alıb. Buna səbəb cümə günü pilotların çoxunun həmin döngədə səhv etməsi olub.

AZƏRTAC xəbər verir ki, Formula-1 Azərbaycan Qran-Prisinin birinci məşqləri zamanı “Force İndıa” komandasının yürüşçüsü Serxio Peres trasın səkkizinci dövrələrində maşını səkiyə çırpıb. İkinci sessiyada “Renault” komandasının pilotu Conion Palmer də buna oxşar vəziyyətə düşüb.

Pilotların sözlərinə görə, bu qəzalara səbəb döngənin daxilində qoyulmuş bordürün konfiqurasiyası və yerləşmə qaydası olub. Yarışların direktoru Çarli Uaytinqin cümə günü keçirdiyi brifinqdə pilotlar səkkizinci döngənin formatının dəyişdirilməsinin mümkünlüyü məsələsini müzakirə ediblər.

Nəticədə bu səhər porebrik dəyişdirilib. Yürüşdən əvvəl porebrik qısaldılıb, döngədən çıxışda isə əlavə TecPro baryeri qoyulub.

Trasın digər hissələrində də dəyişikliklər edilib. Birinci döngənin çıxışında, üçüncü və beşinci döngələrin apeksində, habelə pit-leyndən çıxışda porebriklər götürülüb, yol zolağına bitişik porebriklərin dayaqları yaxşılaşdırılıb; 7-ci və 18-ci döngələrdə maşınların evakuasiyası üçün istifadə edilən aralıqlar əlavə olunub, SAFER baryerləri böyüdülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.