İDMAN
FİDE “Qran pri” şahmat turnirinin yeddinci turunda Şəhriyar Məmmədyarov sabiq dünya çempionunu məğlub etmişdir VİDEO
Bakı, 11 iyul (AZƏRTAC). Pekində kişilər arasında şahmat üzrə FİDE “Qran pri”-nin axırıncı beşinci mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın yeddinci turunda ölkəmizi təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla sabiq dünya çempionu Veselin Topalovı (Bolqarıstan) məğlub etmişdir.
Ş.Məmmədyarov 7 oyundan 5 xal toplayaraq turnirə liderlik edir.
Növbəti turda təmsilçimizin rəqibi Çin şahmatçısı Yue Van olacaqdır.
Turnirdə dünyanın 12 güclü beynəlxalq qrossmeysterləri Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Peter Leko (Macarıstan), Gata Kamski (ABŞ), Anish Giri (Niderland), Boris Gelfand (İsrail), Vasili İvançuk (Ukrayna), Hao Vang, Yue Vang (hər ikisi Çin) və təmsilçimiz Şəhriyar Məmmədyarov qələbə uğrunda mübarizə aparırlar.
İyulun 17-də başa çatacaq turnir 11 turdan ibarətdir.