İDMAN


FIDE prezidenti Vüqar Həşimov Şahmat Akademiyasında olub

Bakı, 21 aprel, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlümjinov Bakıda fəaliyyət göstərən Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov akademiyanın fəaliyyəti barədə FIDE prezidentinə məlumat verib. Bildirilib ki, Vüqar Həşimov Şahmat Akademiyasında 200-dən çox yeniyetmə bu qədim oyunun sirlərini öyrənir. İl ərzində akademiya tərəfindən çoxlu sayda turnirlər təşkil edilir.

Yaradılan şəraiti yüksək qiymətləndirən FIDE prezidenti Azərbaycanda şahmatın inkişafında akademiyanın özünəməxsus rolu olacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.