İDMAN


FIFA 2016-cı il üçün “Ən yaxşı kişi baş məşqçi” nominasiyası üzrə on namizədin adını açıqlayıb

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

FIFA 2016-cı il üçün “Ən yaxşı kişi baş məşqçi” nominasiyası üzrə on namizədi elan edib. Namizədlərdən üçü klubların, yeddisi isə milli komandaların baş məşqçisidir.

AZƏRTAC FIFA-nın saytına istinadla xəbər verir ki, ilk onluqda Kris Koleman (Uels), Didye Deşam (Fransa), Pep Qvardiola (“Bavariya” və “Mançester Siti”), Yürgen Klopp (“Liverpul”), Luis Enrike (“Barselona”), Maurisio Poçettino (“Tottenham”), Klaudio Ranieri (“Lester Siti”), Fernando Santos (Portuqaliya), Dieqo Simeone (“Atletiko Madrid”) və Zinəddin Zidan (“Real Madrid”) yer alıblar.

“Ən yaxşı kişi baş məşqçi” nominasiyası üzrə qalib qarışıq səsvermə prosesi nəticəsində məlum olacaq. Belə ki, səslərin yarısı milli komandaların baş məşqçilərinin və kapitanlarının qərarlarını əks etdirəcək. Digər yarısı isə azarkeşlərin və altı qitəni təmsil edən 200 media nümayəndəsinin səslərindən ibarət olacaq.

Bu nominasiyanın qalibi yanvarın 9-da Sürixdə mükafatlandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.