FIFA: 2017-ci ildə futbol klubları transferlərə 6,37 milyard dollar xərcləyiblər
Bakı, 30 yanvar, AZƏRTAC
FIFA 2017-ci ildə futbol klublarının ümumi transfer xərclərinin 2016-cı illə müqayisədə 32,7 faiz artaraq 6,37 milyard dollar olduğunu açıqlayıb.
AZƏRTAC FIFA-nın saytına istinadla xəbər verir ki, ali futbol qurumunun “Qlobal transfer bazarı hesabatı”na görə, ötən il yanvarın 1-dən dekabrın 31-dək dünyanın bütün futbol klubları tərəfindən ümumilikdə 15 min 624 transfer reallaşıb. Bu, 2016-cı illə müqayisədə 6,8 faiz çoxdur.
Dünya üzrə ümumi transfer məbləğinin - 6,37 milyard dolların 67,4 faizi 13 ölkədəki 50 klubun payına düşür. Həmçinin 181 ölkədən 13 min 415 futbolçu çıxış etdiyi klubu yenisi ilə dəyişib.
Hesabat FIFA-ya üzv olan 211 milli federasiyanın tərkibindəki 7 min klubun təqdim etdiyi transfer siyahısı əsasında hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [16:15]
Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub
- 15.09.2026 [16:04]
UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər
- 15.09.2026 [15:52]
“Trabzonspor”un yeni baş məşqçisi bəlli olub
- 15.09.2026 [14:49]
Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək
- 15.09.2026 [14:30]