İDMAN


FİFA 2018-ci il dünya çempionatı talismanının seçiminə start verib

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC 

Beynəlxalq Futbol Federasiyası (FİFA) rəsmi saytında 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı üçün talisman seçimi ilə bağlı kampaniyaya start verib.

AZƏRTAC xəbər verir ki, səsvermə müəllif namizədlərin təqdimatından sonra başlayıb. Mundialın rəmzi nişanəsinə dair müsabiqənin finalçıları canavar, pələng və pişik olacaq. Bunlar universitet tələbələri tərəfindən hazırlanıb. Sonradan müəlliflərin iştirakı ilə peşəkar animatorlar rəsmlərin üzərində iş aparıb. Müsabiqənin qalibi oktyabrın 26-da Rusiyanın 1-ci kanalı ilə canlı yayımlanacaq proqramda elan ediləcək.

Xatırladaq ki, seçimin ilk mərhələsində talismana dair 10 variant təqdim edilib. Səsvermənin nəticəsində pəhləvan, uzaq-şərq bəbiri, simurq quşu, yadplanetli, kosmonavt, ayı və robot finalda yer almayıb.

Rusiyada təşkil ediləcək 2018-ci il dünya çempionatı on bir şəhərdə olmaqla on iki stadionda keçiriləcək. Yarımfinal oyunları Moskva və Sankt-Peterburq, açılış mərasimi, start və final matçları isə paytaxtın “Lujniki” stadionunda oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.