DÜNYA


FİFA 2026-cı il dünya çempionatında 40 komandanın iştirakını nəzərdə tutur

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

FİFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında inqilabi dəyişikliklər etməyi nəzərdə tutur.

AZƏRTAC “goal.com” saytına istinadla xəbər verir ki, ali futbol qurumu həmin çempionatda 40 komandanın iştirakını planlaşdırır. FİFA prezidenti Cianni İnfantino bu dəyişikliklə əlaqədar bildirib ki, belə bir vəziyyət dünya miqyasında futbol tərəfdarlarının sayını artıra bilər.

Qeyd edək ki, 1998-ci ildən etibarən futbol üzrə dünya çempionatları 8 qrupda yer alan 32 milli komandanın iştirakı ilə keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.