İDMAN


FIFA 23 ən yaxşı futbolçu arasında sorğu keçirəcək

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC 

FIFA 2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

AZƏRTAC FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qurum “France Football”la əməkdaşlığa son qoyduqdan sonra yenidən baş məşqçilər, kapitanlar, jurnalistlər və azarkeşlər arasında sorğu təşkil edir. Artıq sorğu ilə ilin ən yaxşısını müəyyənləşdirəcək 23 iddiaçı namizəd açıqlanıb.

Ən yaxşı kişi futbolçu adına Serxio Aquero (Mançester Siti), Qaret Beyl (Real), Canluici Buffon (Yuventus), Kevin de Bruine (Mançester Siti), Antuan Qrizmann (Atletiko), Zlatan İbrahimoviç (Mançester Yunayted), Andres İnyesta (Barselona), Kante Nqolo (Çelsi), Toni Kroos (Real), Robert Levandovski (Bavariya), Riyad Marez (Lester), Lionel Messi (Barselona), Luka Modriç (Real), Manuel Noyer (Bavariya), Neymar (Barselona), Məsut Özil (Arsenal), Dimitri Payet (Vest Hem), Pol Poqba (Mançester Yunayted), Serxio Ramos (Real), Kriştianu Ronaldu (Real), Aleksis Sançes (Arsenal), Luis Suares (Barselona), Ceymi Vardi (Lester) iddia edəcək.

Qeyd edək ki, 2016-cı ilin ən yaxşılarının adları 2017-ci il yanvarın 9-da açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.