İDMAN


FIFA: Azərbaycan ikinci yeri qoruyub saxlamağa çalışacaq

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

FIFA-nın rəsmi saytı futbol üzrə DÇ-2018-in seçmə mərhələsində C qrupunda keçiriləcək matçlar barədə fikrini bölüşüb. Bu qrupda ikinci yeri hazırda Azərbaycan yığması tutur.

Saytda yazılıb: “Almaniyanın San-Marino ilə oyunundan daha ekstremal qarşılaşma təsəvvür etmək çətindir. Bu komandaların Avro-2008-in seçmə mərhələsində son iki görüşü almanların 13:0 və 6:0 hesablı dağıdıcı qələbəsi ilə başa çatıb. C qrupunun əsas sürprizi olan Azərbaycan ikinci yeri qoruyub saxlamağa çalışacaq. Bu komanda Şimali İrlandiya ilə səfər oyununda uğurlarını davam etdirməyə çalışacaq. Eyni vaxtda Çexiya komandası öz meydançasında Norveçlə oyunda özünün ilk qələbəsini əldə etməyə çalışacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.