İDMAN


FIFA Konfederasiyalar Kuboku: Kamerun-Avstraliya - 1:1

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində növbəti oyun Rusiya və Portuqaliya komandaları arasında keçirilib.

AZƏRTAC xəbər verir ki, “B” qrupunda yer alan Kamerun və Avstraliya milli komandaları arasındakı görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Sankt-Peterburqda keçirilən matçın 46-cı dəqiqəsində Kamerunun futbolçusu Zambo Anguissa oyunda hesabı açıb.

Fasilədən sonra oyunda üstünlüyü ələ alan Avstraliya yığması matçın 60-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib. Matçın qalan vaxtında komandalar bir neçə təhlükəli vəziyyət yaratsalar da, görüşün sonunadək hesab dəyişməyib.

Günün ikinci oyununda bu qrupda yer alan Almaniya və Çili milliləri üz-üzə gələcəklər. Matçın nəticəsi qrup liderinin müəyyənləşməsində mühüm rol oynayacaq. Kazanda keçiriləcək bu görüşə saat 21:00-da start veriləcək.

Beləliklə, iki turdan sonra hesablarında üç xal olan Çili və Almaniya milliləri “B” qrupunda birinci və ikinci yerləri bölüşürlər. Aktivlərində hərəsinin bir xalı olan Avstraliya üçüncü, Kamerun komandası isə dördüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.