İDMAN


FİFA dünya çempionatında iştirakçi komandaların sayını 48-ə yüksəldir

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC 

FİFA-nın prezidenti Canni İnfantino dünya çempionatının final mərhələsinin iştirakçılarının sayının artırılması məsələsini yenidən gündəmə gətirib.

AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, İnfantinonun təklif edəcəyi layihəyə əsasən seçmə mərhələlərdən sonra 48 yığma mundiala vəsiqə qazanacaq. Ancaq onların heç də hamısı final mərhələsində iştirak etməyəcək. Belə ki, yüksək reytinqli 16 yığma birbaşa qruplarda iştirak hüququ əldə edəcəklər. Digər 32 komanda isə püşkatma yolu ilə öz aralarında pley-off matçları keçirəcək və qalib 16 milli mundiala yollanacaq.

Ali futbol qurumunun rəhbəri bununla bağlı gələn ilin yanvar ayında keçiriləcək iclasda qərar qəbul ediləcəyini deyib: “Futbol şənliyinə 48 komanda qatılacaq. Amma dünya çempionatı yenə 32 yığmanın iştirakı ilə keçiriləcək. Ona görə də mən Qətərdə təşkil ediləcək 2022-ci il dünya çempionatında iştirakçı komandaların sayının 40-a çatdırılması təklifi ilə çıxış etmişəm. Bu cür fikirlər müzakirə edilir və ən ideal qərar qəbul olunur. Biz 2017-ci ildə bu formatla bağlı fəaliyyətimizi tamamlamaq istəyirik. Bizim rolumuz və ideyamız futbolun bütün dünyada daha da geniş inkişaf etməsinə hədəflənib”, - deyə İnfantino fikrini belə əsaslandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.