İDMAN


FİFA dünya çempionatlarında iştirakçı ölkələrin sayının artırılması ilə bağlı qərarını yanvarda verəcək

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC 

FİFA prezidenti Canni İnfantino 2026-cı ildən etibarən dünya çempionatlarında 40 və ya 48 millinin oynaması ilə bağlı qərarın gələn ilin yanvarında veriləcəyini açıqlayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə C.İnfantino qurumun şura toplantısından sonra mətbuat nümayəndələrinə açıqlamasında bildirib.

FİFA prezidenti deyib ki, mundialın final mərhələsində artırılacaq milli komanda sayına FİFA-nın Sürix toplantısında qərar veriləcək. Onun sözlərinə görə, beynəlxalq futbol qurumu şurası tərəfindən bu təklif yekdilliklə müsbət qarşılanıb: “Düşünmürəm ki, bu qərar keyfiyyətin itməsinə gətirib çıxarsın. Tam əksinə, sizə ötən dünya çempionatını xatırlatmaq istərdim. Həmin vaxt İtaliya və İngiltərə kimi milli komandalar qrupdan çıxa bilməmişdi. Futbolun səviyyəsi artır və biz buna təkan verməliyik. Komandaların artırılması turnirdə keyfiyyət və rəqabəti daha da yüksəldəcək”.

Qeyd edək ki, hazırki sistem üzrə dünya çempionatında 32 yığma komanda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.