İDMAN


FIFA-nın rəsmi saytında ən yaxşı futbolçunun seçimi üçün 300 mindən çox səs toplanıb

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

2016-cı il dünyanın ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi ilə bağlı FIFA-nın rəsmi saytında 300 mindən çox insan səs verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qurumun mətbuat xidməti məlumat verib.

Bildirilib ki, bu rəqəm səsvermənin ilk iki günündə qeydə alınıb. Azarkeşlər arasında internet səsvermə noyabrın 22-dək davam edəcək. Bundan əlavə, milli komandaların baş məşqçiləri ilə kapitanlarının, həmçinin dünya üzrə 200-dən çox mətbu orqanın nümayəndəsinin seçimləri nəzərə alınacaq.

Qeyd edək ki, ən yaxşı futbolçunun adı 2017-ci il yanvarın 9-da elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.