İDMAN
FİFA prezidenti təyyarə qəzasında həlak olan futbolçuların yaxınlarına başsağlığı verib
Bakı, 29 noyabr, AZƏRTAC
FİFA prezidenti Canni İnfantino Braziliyanın “Şapekoense” klubunun futbolçularının da olduğu təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, C.İnfantino bunun futbol adına çox kədərli xəbər olduğunu deyib. “Kolumbiyadakı təyyarə qəzasına görə, dərin təəssüf hissi keçiririk. Hazırda bütün diqqətimiz baş verən hadisə, ölənlərin doğma və yaxınlarının yanındadır”, - deyə qurum rəhbəri əlavə edib.
Kolumbiyanın “Atletiko Nasional” klubu isə təqdirəlayiq addım atıb. Komanda rəhbərliyi faciə ilə üzləşmiş Braziliyanın “Şapekoense” klubunun Cənubi Amerika kubokunun qalibi elan edilməsi ilə bağlı qitə futbol konfederasiyası – KONMEBOL-a müraciət ünvanlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]