İDMAN


FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununa təyinat olub.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, Ə.Ağayevə FIFA referi köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Həmin oyun iyulun 18-də və ya 19-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.