DÜNYA
FİLİPPİN ŞAHMAT ASSOSİASİYASININ YAPONİYAYA TƏLƏBİ
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Filippinin Şahmat Assosiasiyası (FŞA) Yaponiyanın Maniladakı səfirliyinə petisiya verərək, saxta ABŞ pasportu ilə ölkədən getməyə cəhd göstərərkən Tokionun beynəlxalq hava limanında həbs olunmuş şahmat üzrə keçmiş dünya çempionu Bobbi Fişerin buraxılmasını tələb etmişdir. Məktubda deyilir: “Qrossmeysterə Filippin kimi ölkədə sığınacaq verilməlidir, çünki burada onun arvadı və uşağı var”.
Sabiq çempionun Filippində ailəsi olduğu barədə məlumatı avqustun 17-də yerli qəzetlərdən biri Fişerin yaxın dostu, FŞA-nın üzvü Yucin Torreyə istinadla yaymışdır.
Bu günlərdə daha bir xəbər yayılmışdır ki, qrossmeyster çoxdankı tanışı – Yaponiya Şahmat Federasiyasının prezidenti Miioko Vatai ilə evlənmək istəyir. Vatai bildirir ki, 2000-ci ildən Fişerlə yaxın əlaqədədir və onunla bir evdə yaşamışdır. İndi o, nişanlısının çətin vəziyyətə düşdüyünü nəzərə alaraq, bu əlaqələri rəsmiləşdirmək niyyətindədir.
Bəziləri bu fikirdədirlər ki, nikahın qeydiyyata alınması Fişeri ABŞ-a zorla göndərilməkdən xilas etməyin daha bir üsulu ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]