İQTİSADİYYAT
“FINCA Azerbaijan” “Qənaət fikirləri” adlı aksiyaya yekun vurub
Bakı, 5 oktyabr, AZƏRTAC
“FINCA Azerbaijan” şirkəti pul yığımı və qənaətcillik mədəniyyətini aşılamaq, bu istiqamətdə maarifləndirmə işinə dəstək olmaq üçün “Qənaət fikirləri” adlı aksiya keçirib. Təşkilatın “Facebook” səhifəsi vasitəsi ilə həyata keçirilmiş aksiyada bir ay boyunca insanların aylıq xərclərinə qənaət etməsinin mümkün olduğunu nümayiş etdirən 30 yol haqqında müxtəlif praktik məlumatlar verilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu aksiyanın sosial şəbəkə vasitəsi ilə həyata keçirilməsinin əsas məqsədi insanlar arasında qənaətcillik mədəniyyətini aşılamaq və bunun real olmasını nümayiş etdirən praktik 30 ən sadə yolunu göstərmək idi. Aksiya zamanı, müxtəlif poster dizaynlarından istifadə olunmuş və hər ayın sonu aylıq xərclərə 150 manat qənaət edilməsinə nail olunması üçün müxtəlif praktik addımlar təklif olunub.
Qənaət fikirlərini daha yadda qalan və hazırkı iqtisadi şəraitdə daha mühüm olmasını nümayiş etdirmək üçün video da hazırlanıb. Videoda “FINCA Azerbaijan” müştərilərindən ay ərzində 150 manat qənaət edilməsinin mümkünlüyünə dair sorğu keçirilib və bu qənaətlə hansı ehtiyaclarını qarşılamaq arzusunda olduqları soruşulub.
Aksiya barədə daha ətraflı məlumatla “FINCA Azerbaijan”ın “Facebook” səhifəsində tanış ola və videonu isə https://www.youtube.com/watch?v=Y7oexFA4ZR0&feature=youtu.be bu linkdə izləmək mümkündür.