İQTİSADİYYAT


“FINCA Azerbaijan” plastik kartlarla kredit təklif edir

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı bütün filiallarında müştərilərə plastik kartlarda kredit təklif etməyə başlayıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni plastik kartlar “FINCARD” adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kredit kanalı sayılır. Müştərilər “FINCARD” ilə bank və poçt şöbələrindən nağd pul vəsaiti çıxara, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsilə nağdsız əməliyyatlar həyata keçirə bilərlər.

“FINCARD” içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul FINCA-nın alternativ kreditvermə kanalının yaradılması istiqamətində mühüm addımlarından biri hesab olunur. “FINCA Azerbaijan”ın bu xidməti təşkilatın “Azərpoçt” və Millikart ilə əməkdaşlığı çərçivəsində mümkün olub.

Ətraflı məlumatı www.finca.az internet ünvanından və ya *2525 nömrəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.