DÜNYA


FTB-“Apple” çəkişməsi: “iPhone” smartfonu “sındırılıb”, iddia geri götürülüb

A+ A

Bakı, 29 mart, AZƏRTAC

ABŞ-ın Ədliyyə Nazirliyi “Apple” kompaniyasına qarşı məhkəmə iddiasını geri götürüb və korporasiyanın “iPhone” smartfonunun “sındırılması” üçün hökumətə kömək etmək barədə öhdəliyinin ləğv olunmasını xahiş edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə müvafiq bildiriş prosesin aparıldığı Kaliforniya məhkəməsinə təqdim edilib.

Qərar rəsmi şəkildə belə izah olunur: Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssisləri ötən ilin dekabrında San-Bernardino şəhərində həyat yoldaşı ilə birgə kütləvi qətl törədən Səid Fərruxun smartfonunu “sındırmağı” bacarıb. Müstəntiqlər hesab edirlər ki, terrorçunun bloka düşmüş “iPhone” smartfonunda ekstremist şəbəkəsinə dair mühüm məlumatlar ola bilər.

“Apple” kompaniyası isə hələ ki, bu məlumata rəsmi şərh verməyib.

İctimaiyyəti maraqlandıran daha bir sualın cavabı da hələ məlum deyil: FTB yalnız həmin smartfonu sındırıb, yoxsa bütün “iPhone” smartfonlarını “sındıra” bilən “universal açar” xüsusi xidmət orqanlarının əlinə keçib?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.