DÜNYA
FTB konqresmenlərə hücumun terror aktı olduğunu istisna etmir
Bakı, 14 iyun, AZƏRTAC
İstintaq Virciniyada konqresmenlərə hücumun bütün motivlərini, o cümlədən terrorizmi nəzərdən keçirir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndəsi bildirib.
Xatırladaq ki, Vaşinqton yaxınlığında naməlum şəxs bir qrup konqresmenə atəş açıb. Nəticədə Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatoru Stiv Skaliz budundan ağır yaralanıb. Həmçinin konqresmen Qeri Palmer tibbi yardım alıb. İnsident konqresmenlər beysbol meydançasında məşq edərkən baş verib. Ümumilikdə 5 nəfərin yaralandığı bildirilir.
CNN xəbər verir ki, cəmi 50-100 güllə atılıb, atəş avtomat silahdan açılıb. Ehtimal olunan atıcı həbs edilib.
İnsidentdən sonra Kapitoliyanın mühafizəsi gücləndırılib.