DÜNYA
“Facebook” Londonda öz mənzil-qərargahını açacaq
Bakı, 21 noyabr, AZƏRTAC
Dünyada ən iri sosial şəbəkəsi olan “Facebook” Londonda öz mənzil-qərargahını açmağa və 500 yeni iş yeri yaratmaqla əməkdaşlarının ştatını 50 faiz artırmaq niyyətindədir.
AZƏRTAC “Ria.ru”ya istinadla xəbər verir ki, bu barədə şirkətin regional vitse-prezidenti Nikola Mendelson bildirib.
“Yeni qərargahın 2017-ci ildə açılışı nəzərdə tutulub. İşçilərinin ümumi sayı 1,5 min nəfər təşkil edəcəyi gözlənilir. Böyük Britaniya texnoloji şirkətlərin fəaliyyət göstərdiyi ən yaxşı yerlərdən biri olaraq qalır və bu, “Facebook” tarixinin mühüm hissəsidir”, - deyə N.Mendelson qeyd edib.
Əvvəllər “Google” şirkəti də Londonda mənzil-qərargahını açmaq planları barədə məlumat vermişdi. Bu təşəbbüs Böyük Britaniyanın paytaxtında 3 min iş yerinin yaranmasına gətirib çıxara bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]