DÜNYA


“Facebook” avadanlıq laboratoriyası açır

Bakı, 6 avqust, AZƏRTAC 

“Facebook” sosial şəbəkəsi avadanlıq istehsalçısı olmağa başlayır. Sosial media nəhəngi bu məqsədlə 2 min kvadratmetr sahəyə malik böyük bir laboratoriya açıb.

Tamamilə yeni avadanlıqların hazırlanmasına və inkişaf etdirilməsinə yönəldiləcək “Area 404” adlı laboratoriyada virtual reallıq gözlükləri üçün aksessuarlar, kameralı əşyalar və digər maraqlı ixtiralar olacaq.

Beləliklə, maraqlı layihələrlə daim diqqəti cəlb edən “Facebook”un qısa zamanda mühüm təchizat istehsalçısı da olması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.