DÜNYA


“Facebook” kompüterdə səsli qrup zənglərini sınaqdan keçirir

A+ A

Bakı, 19 dekabr, AZƏRTAC 

“Facebook” şirkətinin mütəxəssisləri sosial şəbəkənin masaüstü versiyasında səsli qrup zənglərini sınaqdan keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə “TechCrunch” portalı öz mənbələrinə istinadən xəbər verir. Məlumata görə, kiçik istifadəçilər qrupu artıq saytın yeni imkanlarından istifadə etmək imkanı əldə edib. Onların qrup çatlarında telefon işarəsi yaradılıb ki, bunun üstünə sıxmaqla dostlar siyahısından bu və ya digər insana zəng etmək mümkündür.

Analoji funksiya “Facebook”un mobil əlavəsində daha əvvəl yaradılıb. Ancaq masaüstü kompüter istifadəçiləri üçün bu funksiya əlçatan deyil. Artıq tərtibatçılar digər platformalarda da qrup zənglərinin tətbiqi ilə məşğul olmağa başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.