DÜNYA


“Facebook” real vaxt rejimində audioyayım xidmətini istifadəyə verib

Bakı, 22 dekabr, AZƏRTAC

“Facebook” sosial şəbəkəsi “Live Audio” adlı audioyayım xidmətini istifadəyə verib: kontentin çatdırılması üzrə yeni sistem hələ ki, sınaq rejimində işləyir.

Məlumata görə, real vaxt rejimində audioyayım müsahibə təşkil etməyə və səsli formatda müxtəlif materialları paylaşmağa imkan verəcək. Bəzi hallarda belə yanaşma videoseanslardan daha faydalı ola bilər.

AZƏRTAC “3dnews.ru” saytına istinadən xəbər verir ki, “Live Audio” xidməti reportaj buraxılış qabiliyyəti aşağı olan kanalın köməyi ilə internetə qoşulma zamanı aparıldıqda, həmçinin faydalıdır.

“Facebook” istifadəçiləri “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğularda “Live Audio” xidmətindən istifadə zamanı, hətta başqa proqramla işlədikdə və ya cihazı blokladıqdan sonra materiallara qulaq asa biləcəklər. “iOS” istifadəçiləri isə sosial şəbəkənin başqa bölmələri ilə işləyə-işləyə audioyayımı dinləyə biləcəklər.

“Live Audio” xidməti gələn ilin əvvəlində hər kəs üçün əlçatan olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.