DÜNYA


“Facebook” yeni “Watch” videoservisini təqdim edib

Bakı, 10 avqust, AZƏRTAC

“Facebook” şirkəti tərəfindən təqdim edilmiş “Watch” xidməti “YouTube”un analoqu olacaq. “Facebook” sözügedən servisi ciddi inkişaf etdirmək və televiziya ilə rəqabət aparmaq niyyətindədir.

AZƏRTAC macdigger.ru saytına istinadən yazır ki, “Facebook Watch” servisi istifadəçilərə şirkətin öz pulu hesabına yaradılacaq eksklüziv məzmun təqdim edir. Həm müəyyən verilişlərə, həm də bütün hazırlanan çarxlara abunə əlçatan olacaq. Bundan başqa gənc müəlliflər yeni auditoriya cəlb edə və öz məhsulunu inkişaf etdirə, cəmiyyətlər yarada və çarxlardan pul qazana biləcəklər.

Bu gündən etibarən yeni xidmət ABŞ-da məhdud sayda istifadəçilər üçün əlçatandır və gələcəkdə Avropa ölkələri üçün əlçatan olacaq. İnternetdə yüksək rəqabətli olan video bazarı “Facebook” üçün yeni gəlir mənbəyi olacaq. Eksklüziv partnyorlar reklamdan əldə edilən gəlirin 55 faizini alacaqlar.

Artıq indi şirkət “Vox Media”, “BuzzFeed”, “ATTN”, “Group Nine Media” və başqaları ilə əməkdaşlıq edir. Yeni xidmət üçün artıq “National Geographic”in verilişləri, qadın milli basketbol assosiasiyasının çarxları, Amerika beysbol liqasının oyunları və valideynlər üçün şou hazırdır.

“Facebook” şirkəti yeni xidmətini istifadəyə verməklə yalnız “YouTube” ilə deyil, həm də “Netflix”, “Disney” və başqa genişmiqyaslı platformalarla rəqabət aparmalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.