ELM VƏ TƏHSİL


“Facebook” yeniyetmələr üçün yeni  “Lifestage” proqramını təqdim edib

Bakı, 24 avqust, AZƏRTAC

“Facebook” sosial şəbəkə təmsilçiləri “İphone” üçün yeni “Lifestage” proqramına başlamağı planlaşdırır. Proqramın köməyi ilə yeniyetmələr dostları ilə bağlı videosüjetləri izləmək imkanı qazanacaqlar. “Lifestage” proqramını 21 yaşdan aşağı olan istifadəçilər yükləyə biləcək, həmçinin proqram vasitəsilə onlar öz əyləncələri, təhsilləri və s. haqqında kliplər yaradacaqlar.

Mütəxəssislərin fikrincə, yeni proqram yeniyetmələr arasında ünsiyyət dairəsini genişləndirəcək. Onlar qarşılıqlı məlumat mübadiləsi aparacaq, fotoşəkillərini, video kliplərini paylaşacaq və digər xidmətlərdən istifadə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.