ELM VƏ TƏHSİL
“Facebook”un “Marketplace” ticarət şəbəkəsi Avropanın 17 ölkəsində istifadəyə verilib
Bakı, 15 avqust, AZƏRTAC
“Facebook” “Marketplace” ticarət şəbəkəsi vasitəsilə istifadəçilərinə alış-veriş imkanı yaradıb.
Şəbəkənin nümayəndələrinin sözlərinə görə, “Marketplace” Avropanın 17 ölkəsində istifadəyə verilib. Xidmət ərazisinə Finlandiya, İsveçrə, Danimarka, Çexiya, İrlandiya, Fransa, İtaliya, Almaniya və İspaniya daxildir. ABŞ, Böyük Britaniya kimi ölkələr isə bu xidmətdən artıq çoxdan istifadə edirlər.
AZƏRTAC indicator.ru saytına istinadla xəbər verir ki, “Marketplace” servisindən istifadə üçün qeydiyyatdan keçən insanlar ticarət şəbəkəsi ilə qarşılıqlı fəaliyyət üçün interfeysdən istifadə edəcəklər.
“Marketplace” xidmətinin yaradıcıları qeyd edirlər ki, “Facebook” istifadəçiləri mövcud qanunvericilik çərçivəsində geyimdən tutmuş elektronika, avtomobil və daşınmaz əmlaka qədər ticarət edə bilərlər.