DÜNYA


“Facebook”un yeni funksiyası videonu televizora ötürəcək

Bakı, 24 oktyabr, AZƏRTAC 

“Facebook” sosial şəbəkəsinin yeni funksiyası videonu televizora translyasiya etməyə imkan verəcək. Yeni xidmətdən istifadə üçün “Chromecast” və ya “Apple TV” televizor qurğuları tələb olunur.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, bu yaxınlaradək sosial şəbəkədən videonu televizor ekranına ötürmək yalnız “Apple” smartfonu və ya "Apple TV” və “Chromecast” qurğularının brauzerləri vasitəsilə mümkün idi. Yaxın gələcəkdə bu imkanı “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular da qazanacaq. Bu, eyni anda “Facebook”da xoşagələn videoya və xəbərlər lentinə baxmağa şərait yaradacaq.

Yeni xidmətin anonsu 2 ay əvvəl edilib. Oktyabrda sosial şəbəkə mütəxəssisləri xidməti nümayiş etdirərək onun yaxın vaxtlarda yeni funksiyalarla təchiz ediləcəyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.