İDMAN


Faiq Həsənov “Ən yaxşı arbitr-2016” adına layiq görülüb

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi günlərdə “Ən yaxşı arbitr-2016” adı uğrunda müsabiqəyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 2016-cı ilin arbitrlərinin mükafatlandırma mərasimi “Fairmont Baku” otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası zamanı keçirilib.

“Ən yaxşı arbitr” tituluna layiq görülənlər sırasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Ümumdünya Şahmat Olimpiadasının baş arbitri Faiq Həsənov da yer alıb. Onunla yanaşı, Xorxe Veqa (Qvatemala), Devid Uelç (İngiltərə), Yuri Lobanov (Rusiya) və Venkateş Kamesvaran (Hindistan) da müsabiqənin qalibləri olub.

Onların hər birinə layiq olduğu mükafatı FIDE-nin Arbitrlər Komissiyasının sədri Takis Nikolopulos təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.