MƏDƏNİYYƏT
“Fanta” gənclik festivalı başa çatıb
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində təşkil olunan konsertdə Azərbaycan və Türkiyənin tanınmış estrada ulduzları çıxış edib. Konsertin əsas ifaçısı Türkiyənin tanınmış estrada müğənnisi Kənan Doğulu olub. O, səhnəni Azərbaycanın məşhur müğənniləri Miri Yusif və Natəvan Həbibi ilə bölüşüb.
Tədbir zamanı “Fanta” oyun zonası təşkil olunub və festivalın bütün iştirakçıları bu zonadan yararlanaraq, qeyri-adi sumo yarışında iştirak edib, stolüstü futbol və böyük boulinq oynaya biliblər.
Festival iştirakçıları Kənan Doğulu, Miri Yusif və Natəvan Həbibi ilə səhnədə “selfie” üslubunda şəkil çəkdirmək imkanı da əldə ediblər. Maraqlı “selfi” şəkillərini öncədən www.fantafestivali.com veb-səhifəsində yerləşdirən gənclər arasından ən çox bəyənilən şəkil müəllifləri qalib olaraq, səhnəyə dəvət olunub.
Türkiyədə ən böyük və uzunömürlü olan “Fanta” gənclik festivalı 12 il ərzində 16 şəhərdə təşkil olunub və 4,1 milyon iştirakçı cəlb edib.