MƏDƏNİYYƏT
“Fantastika-Almanax” adlı kitabın təqdimatı olub
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə səkkizinci qrant müsabiqəsi çərçivəsində “Mənim hekayəm” adlı layihə reallaşıb.
Layihə rəhbəri Cəmihə Əliyeva AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində gənclərin bədii yaradıcılıqla yanaşı, xüsusən fantastik və elmi-fantastik yaradıcılıq sahəsində fəaliyyət göstərən yazarların iştirakı ilə onların müəllifi olduğu “Fantastika-Almanax” adlı kitab hazırlanıb. Gənc yazarların fəaliyyətini dəstəkləmək məqsədilə hazırlamış və rus dilində fantastika janrında əsərlərdən ibarət kitab oxuculara təqdim olunub.
Qeyd edək ki, gənc oxucular və yazarlar üçün nəzərdə tutulan “Mənim hekayəm” adlı layihənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərə dəstək olmaq, ictimai fəallığının artırılmasına yardım göstərmək, gənc yazarların aşkarlanması və onların fəaliyyətinin dəstəklənməsindən ibarətdir.