İDMAN
Farer adaları ilə oyun üçün Azərbaycan millisinin heyəti açıqlanıb
Bakı, 29 may, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 2-dən 9-dək Bakıda, iyunun 10-dan 16-dək isə Kopenhagendə təlim-məşq toplanışı keçirəcək.
AZƏRTAC xəbər verir ki, yığmamız “Avro-2017”nin seçmə mərhələsi çərçivəsində iyunun 17-də Farer adaları millisi ilə qarşılaşacaq.
U-21-in heyətinə Elşən Abdullayev, Rahil Məmmədov, Elvin Bədəlov, Məqsəd İsayev (hamısı “Neftçi”), Şahrudin Maqomedaliyev, Cəmil Hacıyev, Orxan Əliyev, Şahin Əliyev (hamısı “Sumqayıt”), Azər Salahlı, Coşqun Diniyev, Vüqar Mustafayev (hər üçü “Qarabağ”), Vadim Abdullayev (“Simurq”), Elvin Camalov, Tellur Mütəllimov (hər ikisi “Qəbələ”), Tərlan Əhmədli, Adil Nağıyev (hər ikisi “Zirə”), Seymur Əsədov (AZAL), Azad Kərimov (“Bakı”), Elnur Cəfərov, İlyas Səfərzadə (hər ikisi “Xəzər-Lənkaran”), Emil Balayev (“Ayntraxt Frankfurt”, Almaniya), Dmitri Nağıyev (“Dnepr”, Ukrayna), Bilal Sezer (“Borussiya Münxenqladbax”, Almaniya), Kerem Behnke (“TSG Neustrelitz”, Almaniya) və Vadim Ağarəhimov (“Zenit-2”, Rusiya) dəvət olunub.