İDMAN
Farer adaları komandası ilə oyun üçün Azərbaycan millisinin heyəti açıqlanıb
Bakı, 23 avqust, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sentyabrın 6-da “Dalğa Arena”da Farer adaları komandası ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, oyuna hazırlıq məqsədilə avqustun 24-dən millimizin Bakıda təlim-məşq toplanışı başlayacaq.
Hazırlıq prosesinə Rahil Məmmədov, Fəhmin Muradbəyli, Məqsəd İsayev (hər üçü “Neftçi”), Namik Ələskərov, Mahir Mədətov, Şahrudin
Maqomedaliyev (hər üçü “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Elvin Camalov, Sadiq Quliyev (hamısı “Qəbələ”), Vüqar Mustafayev, Adil Nağıyev (hər ikisi “Zirə”), Tural Hümbətov, Ruslan Nəsirli, Kamal Mirzəyev, Rəşad Əzizli (hamısı AZAL), Elnur Cəfərov (klubsuz), Fuad Bayramov, Taşkın Sertan, Abbas Hüseynov (hamısı “İnter”), Orxan Əliyev (“Kəpəz”), Azər Salahlı, Tərlan Əhmədli, Xəyal Nəcəfov (hər üçü “Sumqayıt”), Taşkın İlter (“Denizlispor”, Türkiyə), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya) və Dmitri Nağıyev (“Dnepr”, Ukrayna) dəvət olunub.
Qeyd edək ki, “Qarabağ” və “Qəbələ” klublarının futbolçuları komandaya avqustun 26-da, Dmitri Nağıyev avqustun 29-da, Budaq Nəsirov və Taşkın İlter avqustun 30-da, Namik Ələskərov və Mahir Mədətov isə sentyabrın 5-də hazırlığa qoşulacaq.