DÜNYA
Farida Amrani: Esson departamentində seçkilərinin nəticələri etibarsızdır
Paris, 19 iyun, AZƏRTAC
Fransanın Esson departamentində Sosialist Partiyası ilə “Fəth edilməz Fransa” hərəkatının fəalları arasında qarşıdurma baş verib.
Ölkənin sabiq baş naziri, Sosialist Partiyasının namizədi Manuel Vals cüzi səs çoxluğu ilə qalib gəlsə də, “Fəth edilməz Fransa” hərəkatının namizədi Farida Amrani seçkilərdə saxtakarlığa yol verildiyini, əslində onun qələbə qazandığını bəyan edib.
Manuel Vals Evri meriyasında qalib gəldiyini elan edərkən rəqib partiyanın fəallarının etirazı qarşısında polisin müdaxiləsi qaçılmaz olub.
Seçkilərin nəticələrinin etibarsız olduğunu bəyan edən Farida Amrani səslərin yenidən sayılması üçün sabah inzibati məhkəməyə müraciət edəcəklərini bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]