DÜNYA


Fars körfəzi ölkələri arasındakı münasibətlərin pozulması sülhün bərpasına xidmət etmir

Tehran, 6 iyun, AZƏRTAC

İran Fars körfəzinin cənubunda yerləşən ölkələrin arasında baş verən gərginlikdən narahatdır.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi keçirdiyi mətbuat konfransında deyib.

B.Qasemi bildirib ki, İran Fars körfəzi dövlətlərini emosiyalara üstünlük verməməyə və yaranmış ixtilafı danışıqlar yolu ilə həll etməyə çağırır. Onsuz da bölgədə vəziyyət gərgindir. Yeni ixtilafların yaranması isə bu gərginliyi daha da qızışdıracaq. Buna görə də ərəb dövlətləri yaranmış münaqişəni diplomatık yolla həll etməlidirlər.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, regionda radikal dini cərəyanların və beynəlxalq terrorçuluğun sabitliyi pozduğu bir zamanda Qətər ilə digər ərəb dövlətləri arasında münasibətlərin pozulması heç də sülhün bərpasına xidmət etmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Bəhreyn, Liviya və Maldiv gözlənilmədən Qətəri terror təşkilatlarını dəstəkləməkdə ittiham edərək onunla diplomatık əlaqələri kəsiblər.

Bu qərardan sonra adı çəkilən dövlətlər öz ərazilərindən Qətərə hər növ məhsul ixracını da qadağan ediblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.