İQTİSADİYYAT


Fatih Birol: Neft tələbatındakı artım 2040-cı ilədək davam edəcək

A+ A

Bakı, 19 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Qlobal neft tələbatındakı artım 2040-cı ilədək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. O, neftə olan tələbatın uzun müddət yüksəlməyə davam edəcəyini bildirib: “Çünki mövcud vəziyyətdə bərpaolunan enerji mənbələrinə investisiyaların artmasına baxmayaraq bu enerji növü aviasiya və neft-kimya sektorunda neftə çox az alternativ olub. Neftlə çalışan mühərriklərdə məhsuldarlığın və ya elektrik enerjisi ilə işləyən avtomobillərin sayının artmasına baxmayaraq bu, qlobal neft tələbatındakı artımı azaltmaq üçün yetərli olmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.